\"Qarabağ\" klubu \"İnter\"lə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bazar günü Premyer Liqada ilk matçına çıxacaq komanda məşqlərini Suraxanı qəsəbə stadionunda keçirir. Milliyə yollananlar və zədə səbəbindən tam heyətlə çalışa bilməyən komanda bu gün səhər məşqində başqa bir üzücü xəbər alıb. Belə ki, Vüqar Nadirov, Rəşad Sadiqovun ardından Maksim Medvedev də zədəlilər karvanına qoşulub. 22 yaşlı müdafiəçinin sağ ayağında qismən əzələ dartılması və qan yığılması baş verib. Maksimin azı 10 gün meydanlardan kənar qalacağı gözlənilir. Maksimin \"İnter\"lə oyunu buraxacağı dəqiqləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB