Rusiyanın Qroznı şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyi davam edir.
Siasport.az saytı xəbər verir ki, artıq 14 final mərhələsinin döyüşləri geridə qalıb. Yarımfinala vəsiqə qazanan 5 boksçumuz qitə birinciliyinin medallarını özlərinə təmin ediblər. 54 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məhərrəmov polşalı Sebastyan Viktorzakı mübarizədən kənarlaşdırıb. Görüş 4:4 hesabı ilə başa çatsa da, hakimlər qələbəni həmyerlimizə veriblər. Ənvər Qarayev də (56 kq) 1/4 final mərhələsində qələbə qazanıb. Boksçumuz İrlandiya təmsilçisi Kristofer Volşu 8:2 hesabı ilə məğlub edib. 62 kq çəki dərəcəsində yarışan Hüseyn Tanrıverdiyevin irlandiyalı Patrik Djoysla döyüşü gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 5:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Rüfət Hüseynov (43 kq) isə Rusiya idmançısı Maqomed Mirzəyevlə döyüşdən məğlub ayrılaraq, yarışla vidalaşıb.
İyulun 14-də keçiriləcək yarımfinal qarşılaşmalarında ilk olaraq, Elməddin İsmayılov (44,5 kq) rinqə çıxacaq. Onun rəqibi rusiyalı Cəbrayıl Musayev olacaq. Həsən Abbasov da (48 kq) yarımfinalda Rusiya nümayəndəsi ilə üz-üzə gələcək. Abbasovu Miroslav Peşkov sınağa çəkəcək. Tayfur Əliyevin (50 kq) yarımfinaldakı rəqibi ukraynalı Georgi Dondov olacaq. Ənvər Qarayev də Ukrayna boksçusu – Ramil Hacıyevlə döyüşəcək. Hüseyn Tanrıverdiyev isə finala vəsiqə qazanmaq üçün Ermənistanı təmsil edən Viktor Yuzixoviçi məğlub etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB