Dünya şahmat tacı uğrunda görüş Hindistanda keçiriləcək

Dünya şahmat tacı uğrunda görüş Hindistanda keçiriləcək

Hazırkı dünya çempionu Vişvanatan Anand və İsrail qrossmeysteri Boris Gelfand arasında dünya şahmat tacı uğrunda görüş Hindistanın Çennaye şəhərində (Tamil Nadu əyalətinin paytaxtı) keçiriləcək.
Siasport.az saytı xəbər verir ki, Çennaye şəhərinin hakimiyyət orqanları görüşün keçirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təklifini qəbul ediblər. Bu razılaşma əyalətin meri Cayalalithaanın FİDE-nin prezidenti Kirsan İlyumjanovla görüşündə əldə edilib. Yarış gələn il aprelin axırı, yaxud mayın əvvəlində keçiriləcək. Hindistan KİV-lərinin yaydıqları məlumata görə, bu ölkə şahmat üzrə dünya çempionu adı uğrunda görüşü ilk dəfədir ki, keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə