"Dinamo"nun futbolçusu "Neftçi"ni ələ saldı!

"Dinamo"nun futbolçusu "Neftçi"ni ələ saldı!

"Təbii ki, stadiondakı ab-hava məni çox heyran etdi. Belə vəziyyətdə oynamaq, qol vurmaq da ayrı zövq verir". Siasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Domaqoy Vida deyib. Xorvatiyalı futbolçu, sözün əsl mənasında "Neftçi"ni ələ salaraq, Bakı klubunun cırtdan rəqiblər sırasında olduğuna işarə vurub: "Bütün futbolçularımız da yaxşı oynadı. Rəqib elə bir futbol sərgilədi ki, onunla əlavə bir güc işlətmədən mübarizə aparmaq da mümkün idi. Həm də bu qədər tamaşaçı qarşısında başqa cür oynamaq mümkün deyildi. Əslində belə dəstək olanda bizim üçün oynamaq da çox asan idi. Mən də mövsümü belə başladığımız üçün çox xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə