İstanbulun "Qalatasaray" futbol klubu daha bir transferi reallaşdırmağa çalışır. Siasport.az saytı xəbər verir ki, "cim bom", baş məşqçi Fatih Terimin tələbi ilə hücum xəttini gücləndirmək üçün bacarıqlı futbolçi axtarışını gücləndirib. Əvvəlcə məhz "imperator"un istəyi ilə İtaliyanın "İnter" futbol klubunun ulduz futbolçusu Kambyassonu heyətinə qatmaq üçün çalışan İstanbul klubu, bu transferdən bir nəticə əldə olunmayınca, indi də başqa bir ulduz futbolçu ilə danışıqlara başlayıb.
"Cim-bom"un bu dəfəki hədəfi isə Fransanın "Olimpik Marsel" futbol klubunun argentinalı futbolçusu Luko Qonzalesdir. Hazırda fransız klubu ilə yollarını ayırmaqda olan 31 yaşlı argentinalı üçün "Olimpik Marsel" 12 milyon avro tələb etsə də, qarşı tərəf buna uyğun baxmır. Əvəzində "Qalatasaray" argentinalı futbolçunu bir illiyinə icarə əsasında İstanbul klubunun heyətinə qatmaq istəyir. Artıq tərəflər arasında ilkin danışıqlar da başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB