Roberto Karlosun böyük ürəyi...

Roberto Karlosun böyük ürəyi...

Onu "Şir ürəkli Karlos" da aqdlandırmaq olar. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl Rusiyanın "Anji" klubunun braziliyalı futbolçusu Roberto Karlosun "Krılya Sovetov"la keçirilən qarşılaşma zamanı ona banan atan azarkeşi bu günlərdə bağışlamasından sonra braziliyalı futbol ulduzunu belə də adlandırmaq olar. "Real"ın əfsanələrindən sayılan futbolçu "Sovetskiy Sport" qəzetinə müsahibəsində bir çox məsəslələrə aydənlıq gətirib. R.Karlos bildirib ki, onun üçün əsas məsələ olaya ictimaiyyətin biganə qalmamasıdır: "Təlim-məşq toplantısı vaxtı mənə dedilər ki, Samaradakı olay barədə hətta Rusiya Dumasında da danışılıb. İnanıram ki, Rusiya əhalisinin 99,9 faizi Roberto Karlosa həm insan, həm də futbolçu kimi hörmət edir. Axmaqlıq edən bir personaj isə gözəl ölkənin obrazını ləkələyə bilməz". Banan atan hələ tapılmasa da, məşhur futbolçu onunla görüşmək istədiyini söyləyib. Roberto Karlos hadisənin səbəbkarını bağışladığını açıqlayıb: "Qoy, həmin insan eşitsin: Mən elə bir ölkədən gəlmişəm ki, orada bəzi insanlar səhər yeməyə çörək tapmırlar. O isə yeməyi meydançaya tullayır. Bütün rusiyalılara, o cümlədən, məni incidənə uğurlar arzulayıram. Onun nəyə görə belə etdiyini anlamıram. Bəlkə həyatında hansısa problemləri var, köməyə ehtiyac duyur. Ümidvaram ki, o, özünə gələcək və həyatında hər şey yaxşı olacaq. Onunla tanış olmağın əleyhinə deyiləm. Mən bağışlamağı bacarıram və artıq onu bağışlamışam da".

Bütün xəbərlər Facebook səhifəmizdə