Beynəlxalq Olimpiya Komitəsi 2012-ci il Olimpiadasında idmançıların şpris və iynələr saxlamasını qadağan etdi!
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarının iştirakçıları tərəfindən dopinq qəbul edilməsi üçün istifadə oluna biləcək iynə, şpris və digər tibbi avadanlıq saxlamağı qadağan edib. Siasport.az saytı xəbər verir ki, idmançıların yaşayış yerlərində, soyunub-geyinmə, yarış və məşq yerlərində bu cür avadanlığın xüsusi tibbi icazə olmadan saxlanılması qadağan edilib.
Velosiped idmanı, avarçəkmə və gimnastika üzrə beynəlxalq federasiyalar bu cür qadağaları daha əvvəl tətbiq ediblər, indi isə Beynəlxalq Olimpiya Komitəsi həmin qadağanı idmanın bütün növlərinə şamil edib.
BOK Tibbi Komissiyasının rəhbəri Arne Yunqkvistin sözlərinə görə, idmançıların iynələr saxlaması idmanın imicinə zərər gətirir, çünki bu avadanlıq dopinq və narkotiklər qəbul edilməsi ilə assosiasiya olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB