Arif Əsədov gəncləri meydana buraxdı, "Çexiya" çempionu "Neftçi"yə qol vurdu!

Arif Əsədov gəncləri meydana buraxdı, "Çexiya" çempionu "Neftçi"yə qol vurdu!

Dünən Avstriyada təlim məşq toplanışında olan Bakının "Neftçi" futbol klubu Çexiya çempionu "Viktoriya"ya 0:1 hesabı ilə məğlub olub. Siasport.az saytı xəbər verir ki, "Viktoriya" klubunun baş məşqçisi Pavel Vrba Azərbaycan çempionuna yalnız Arif Əsədovun ikinci hissədə gəncləri meydana buraxmasından sonra qol vura bildiklərini dilə gətirib: "Çox şadam ki, biz "Neftçi" ilə oyunda layiqli qələbə qazandıq. İkinci hissədə meydanda üstün olan komanda biz idik. İkinci hissədə biz fəallığı artırdıq. Sözsüz ki, burada rəqib komandanın baş məşqçisinin meydana gəncləri buraxması da az rol oynamadı. Amma yenə də qələbə qələbədir. Biz ikinci hissədə "Neftçi"yə demək olar ki, heç nə etməyə imkan da vermədik".

Bütün xəbərlər Facebook səhifəmizdə