Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Sumqayıt" klubu heyətinə yeni futbolçu qatıb. Siasport.az saytının əldə etdiyi məlumata görə, klub dayaq yarımmüdafiəçisi Samir Abbasovla anlaşıb. Abbasov yeni movsümdən "Sumqayıt"ın heyətində çıxış edəcək.
Xatırladaq ki, debütantı alman məşqçi çalışdıracaq. Belə ki, Bernhard Raab komandanın baş məşqçisi təyin olunub. Ona U-17-nin baş məşqçisi Təbriz Həsənovla U-15-in yeni çalışdırıcısı Aslan Kərimov kömək edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB