Arif Əsədov: \"Timişoara\" ilə oyunda ikinci hissədə daha çox qol şansı əldə etdik\"-AÇIQLAMA
\"İlk növbədə qeyd etməliyəm ki, iki gun ardıcıl oyun keçirmişik. Buna görə də birinci hissədə əsasən gənc oyunçulara şans verdik. İkinci hissədə isə əsas heyət meydana daxil oldu\". Siasport.az saytı xəbər verir ki, bu sözləri Avstriyada təlim-məşq toplanışında olan \"Neftçi\" PFK-nın baş məşqçisi Arif Əsədov Rumıniya vitse-çempionu \"Timişoara\" ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Baş məşqçi sözlərinə belə davam edib: \"Buna görə də ilk yarıda iki təhlükəli vəziyyət yaratdıqsa, ikinci hissədə daha çox qol şansı əldə etdik və bunun məntiqi nəticəsi kimi qol vurub, qələbə qazandıq. Bütün futbolçulara təşəkkürümü bildirirəm. Rəqib komanda da xoşuma gəldi. Ümumiyyətlə, maraqlı oyunun şahidi olduq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB