FAİREX-ə UİAA-dan dəvət məktubu gəlib

FAİREX-ə UİAA-dan dəvət məktubu gəlib

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına (FAİREX) UİAA-dan Makedoniyada keçiriləcək gənclərin toplantısında iştirak etmək üçün dəvət məktubu gəlib. Siasport.az saytı xəbər verir ki, bu toplantılar UİAA-nın hər il təşkil etdiyi Gənclərin Qlobal Sammiti (UIAA Global Youth Summit) gənclik proqramı çərçivəsində keçirilir.

Bu proqram çərçivəsində keçirilən toplantılar müxtəlif ölkələrdən olan gənc idmançılara görüşmək və təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaradır. Toplantı ərzində bilik və təcrübə mübadiləsi məqsədi ilə müxtəlif mühazirələr, seminarlar və nümayişlər keçiriləcək. Bu tədbirin əsas məqsədi dağ idmançılarını bir yerə toplayaraq üç milli park və habelə füsünkar Orxid gölü sahillərinə səyahət və yürüşlər təşkil etməkdir. Toplantının proqramı "Zli Dol" kanyonuna qaya yürüşləri, Qaliç dağının zirvəsinə yürüş etmək və Orxid gölündə üzmək imkanı yaradacaq.

Qeyd edək ki, toplantının avqustun 21-dən 27-dək baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə