"Bakı" Denis İvanovsla 2 illik müqavilə imzalayıb

"Bakı" futbol klubu daha bir transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, klub latviyalı futbolçu Denis İvanovsla 2 illik müqavilə imzalayıb. Latviya milli komandasının şərəfini qoruyan İvanov Türkiyənin "Sivasspor" klubundan transfer olunub.


Denis İvanovs 11 noyabr 1984-cü il tarixdə Liepayada (Latviya) anadan olub. 27 yaşlı mərkəz müdafiəçisinin boyu 184 sm-dir.


Denis peşəkar futbol karyerasına 2001-ci ildə "Metallurq" Liepaya klubunda başlayıb. O, 2010-cu ildə Cənubi Afrika Respublikasının "Ayaks Keyptaun" (Ajax Cape Town) klubunun heyətində çıxış edib. Son mövsümü Türkiyə superliqasının "Sivasspor" klubunda keçirən İvanovs 17 rəsmi oyunda meydana çıxıb.

Denis İvanovs Latviya milli komandasında 41 oyun keçirib, 2 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə