İspaniya mətbuatı Kakanı "Qalatasaray"a "göndərir"

İspaniya mətbuatı Kakanı "Qalatasaray"a "göndərir"

İstanbulun "Qalatasaray" futbol klubuna yeni prezident seçildikdən sonra, dünyada elə bir ulduz futbolçu qalmayıb ki, adı "Qalatasaray"la hallandırılmasın. Siasport.az saytı xəbər verir ki, Türkiyə və dünya  mətbuatı əvvəlcə "Çelsi"nin ulduz futbolçusu Didye Droqbanın, daha sonra isə "Atletiko Madrid"in iki ulduz futbolçusu Diyeqo Forlan və Fernando Reyesin adlarını "cim bom"la hallandırsa da, bu transferlərdən heç xəbər-ətər də yoxdur.

İndi də İspaniyanın məşhur "AS" və "Marça" qəzetləri "Real Madrid"in braziliyalı ulduzu Kakanın "Qalatasaray" yolunda olduğunu yazırlar. "AS" iddia edir ki, Fatih Terim rəhbərlikdən Kakanın traansferini gələn ay konkretləşdirməyi tələb edir. İspaniyalı həmkarlarımız iddia edirlər ki, Kaka artıq "Real"da gözdən düşüb və onun İstanbula gələcəyi real görünür.  Necə deyərlər, İspaniya mətbuatı Kakanı "Qalatasaray"a "göndərir".

Bütün xəbərlər Facebook səhifəmizdə