FİFA-nın reytinq sıralamasında Türkiyə 23-cü, Azərbaycan isə 112-ci yerdə qərarlaşdı!
FIFA futbol üzrə milli komandaların aylıq reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, siyahıya əvvəlki vaxtlarda olduğu kimi yenə də İspaniya millisi başçılıq edir. AVRO-2012 çərçivəsində mübarizə aparan milli komandamız siyahıda 112-ci yerlə kifayətlənir. Avropa Çempionatında mübarizə apardığımız A qrupundakı rəqiblərimizdən Almaniya millisi 3-cü, qardaş Türkiyə millisi 7 pillə irəliləyərək 23-cü, Belçika 35-ci, Avstriya 65-ci və keçən ay məğlub olduğumuz Qazaxıstan yığması isə 126-cı pillədə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB