Yeniyetmələrdən ibarət sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri Türkiyənin Kuşadası, Aydın şəhərində keçirilən ənənəvi "Viktori-Kup" beynəlxalq turnirində iştirak edib. Siasport.az saytı xəbər verir ki, məşqçi Əsgərxan Novzurovun rəhbərliyi altında hər növdə bir idmançı ilə təmsil olunan yığmamız turniri 2 gümüş medalla başa vurub. Medalları sərbəst güləş yarışlarında Məmmədhüseyn Həsənov (50 kq), qızların yarışında Solmaz Həşimzadə (52 kq) qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB