Xəbər verdiyimiz kimi, \"Qarabağ\" klubu Avropa Liqasının ilk mərhələsində \"Litva\" təmsilçisi \"Banqa\" ilə qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, \"Qarabağ\" ilk mərhələni keçəcəyi təqdirdə Farer adalarının təmsilçisi \"Streymur\"la qarşılaşacaq. Ağdam təmsilçisinin məşqçisi Qurban Qurbanov püşklə bağlı klubun rəsmi saytına danışıb: \"Beş komanda məlum olduğu zaman qısaca da olsa rəqibləri analiz etdik. \"Banqa\" deyildiyi kimi zəif komanda deyil. Onlarda hazırda çempionatın qızğın vaxtıdır. Komandalar yaxşı vəziyyətdədirlər. Rəqibimiz son 5 oyunun 4-ündə qələbə qazanıb, birində heç-heçə edib. Göründüyü kimi son zamanlar çıxışdadırlar. Çox gənc komandadır. Demək ki, sona qədər mübarizə aparacaqlar. Meydanın hər yerində vuruşacaqlar. Ona görə də rəqibi lazım olduğu qədər qiymətləndiririk. Futbol oynamadan, hazırlaşmadan nəticə qazanmaq mümkün deyil. Tam səmimi deyirəm, II mərhələ haqqında hələ fikirləşmirik. Komanda olaraq da eyni durumdayıq. İlk olaraq, litvalılarla oyuna hazırlaşmalıyıq. Çalışacağıq ilk oyuna kimi maksimum hazır olaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB