Azərbaycan boksçusu Avropa çempionatında xorvatiyalı idmançını məğlub edib

Azərbaycan boksçusu Avropa çempionatında xorvatiyalı idmançını məğlub edib
Ankarada keçirilən Boks üzrə Avropa çempionatının 3-cü günündə Azərbaycan idmançılarından son olaraq Teymur Məmmədov rinqə çıxıb. Siasport.az saytı xəbər verir ki, milli komandamızın üzvü xorvatiyalı Stjepan Vuqdelija ilə görüşün ilk raundunda rəqibindən daha inamlı təsir bağışlayıb. Rəqibindən boyca hündür olan boksçumuz birinci hissədə 13:5 hesabı ilə qalib gəlib. İkinci raundda bir qədər arxayınlaşan boksçumuz rəqibinin zərbələrini buraxıb. Amma buna baxmayaraq, Teymur ikinci hissəni də öndə tamamlayıb. Həlledici-3-cü raundda daya yaxşı döyüşən Məmmədov 23:14 hesabı ilə qalib gəlib. Boksçumuz növbəti mərhələyə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə