Rikardo Quaresma Portuqaliyada "Beşiktaş" azarkeşlərinə nə söz verdi?

Rikardo Quaresma Portuqaliyada "Beşiktaş" azarkeşlərinə nə söz verdi?

İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı ulduzu Rikardo Quaresma, Portuqaliya mətbuatına verdiyi açıqlamada bildirib ki, onlar keçən ilki səhvlərini yeni mövsümdə bir daha təkrar etməyəcəklər. Siasport.az saytyı xəbər verir ki, R.Quaresma İstanbul klubunun bu mövsümdə həm Türkiyə Superliqasında, həm də UEFA Avropa Liqasında ugurlu bir futbol sərgiləyəcəyini diqqətə çatdıraraq qeyd edib ki, onlar komandaya yeni gələn futbolçularla artıq bir-birlərini yaxşı başa düşürlər və bu amil komanda oyununun uğurla alınmasında öz müsbət təsirini göstərəcək. "Beşiktaş" azarkeşlərinin nəinki Türkiyədə, bütün Avropada ən çılğın və sədaqətli azarkeş ordusu olduqlarını deyən R.Quaresma, "qara qartal" azarkeşlərinə yeni mövsümdə ancaq qələbə sözü verərək əlavə edib ki, "Beşiktaş" azarkeşi ən böyük hörmətə və diqqətə layiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə