\"Qarabağ\"ın məşqində Vüqar Nadirovun doğum günü qeyd olunub

\"Qarabağ\"ın məşqində Vüqar Nadirovun doğum günü qeyd olunub
\"Qarabağ\" klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, hazırlığın növbəti günündə komandanın 2 məşqi nəzərdə tutulub. Artıq komandanın ilk məşqi baş tutub. Ənənəvi olaraq səhər məşqi 10:30-da baş tutub. Məşqdən öncə kiçik bir təbbir baş tutub. Belə ki, \"Qarabağ\"ın və millinin forvardı Vüqar Nadirovun 24 yaşı tamam olub. Baş məşqçi Qurban Qurbanov və komanda yoldaşları səbəbkarı təbrik ediblər. Məşq isə isinmə hərəkətləriylə başlayıb. Ardınca 3 qrupda \"kvadrat\" oynayan futbolçular fərqli fiziki təmrinlər yerinə yetirməyə başayıblar. \"Stansiya\" çalışmalarının ardından ilk məşqin sonuncu çalışması baş tutub. Meydanboyu fərqli maneələri aşan futbolçular uzaqdan qapıçıları sınağa çəkiblər. Çalışmanın 2-ci mərhələsində isə topla hərəkət edən futbolçular rəqiblərini keçərək qapıya zərbə endirmək üzərində çalışıblar.

Qeyd edək ki, milli futbolçuların məşq prosesi get-gedə intensivləşir. İlk çalışmada ilkin təmrinləri yerinə yetirdikdən sonra ümumi çalışmada \"kvadrat\" oynayan millilər sonra müəyyənləşdirilmiş nəbzdə 2 dəfə kross qaçıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə