Estoniyanın paytaxtı Tallində kişilər arasında keçirilən cüdo üzrə Dünya Kuboku yarışlarına yekun vurulub. JudoOnline.info-dan siasport.az saytına verilən məlumata görə, iki gün davam edən Dünya Kubokunda yığma komandanın baş məşqçisi Ağayar Axundzadə məşqçi Hacıağa Hacıəhmədovun rəhəbərliyi altında 12 cüdoçu tatami üzərində mübarizə aparıb.
Cüdoçularımız Dünya Kubokundan 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Dünya kubok yarışının ikinci günündə cüdoçularmızdan Ramin Qurbanov, Timur Əlixanov (hər ikisi 90 kq), Sain Məmmədov (100 kq) və Emil Tahirov (+100 kq) tatami üzərinə çıxıblar.
-90 kiloqram çəki dərcəsəində Ramin Qurbanov Dünya kubok yarışının gümüş medalını qazanıb.
Belə ki, R.Qurbanov (-90 kq) ardıcıl olaraq Polşa idmançısı Tvorzylo Viktor, Ukrayna təmsilçisi Nhabali Quedjau və Estoniya cüdoçusu Qriqori Minaskin, yarımfinal görüşündə isə sloveniyalı Milan Randli məğlub edərək finala çıxıb. Finalda həmyerlimiz rəqibi İtalya cüdoçusu Roberto Meloni ilə qızıl medal uğurunda mübarizə aparsa da məğlub olaraq yarışın gümüş medalını qazanıb.
Digər cüdoçularımızdan Sain Məmmədov (100 kq ) və Emil Tahirov ilk (+100 kq) görüşlərində uduzaraq mübarizəni dayandırıblar. 90 kq çəki dərəcəsində digər təmsilçilərimiz Timur Əlixanov ikinci görüşündə yenilərək, mükafatsız qalıb.
Xatırladaq ki, Dünya Kubokunun ilk günündə cüdoçularımızdan İlqar Müşkiyev (-60 kq ) qızıl və Nicat Şıxəlizadə (-60 kq ) bürünc medal qazanıb, Tərlan Kərimov (66 kq) isə 5-ci yeri tutub.
Bu nəticə ilə Azərbaycan yığması 33 ölkə arasında komanda hesabında 2-ci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB