Aftandil Vəliyev: \"Biz də futbolumuzun inkişafına bir töhfə verməyə çalışırıq\"-MÜSAHİBƏ

Aftandil Vəliyev: \"Biz də futbolumuzun inkişafına bir töhfə verməyə çalışırıq\"-MÜSAHİBƏ

Siasport.az saytı "Granit AS Travel" şirkətinin baş direktoru Aftandil Vəliyevin müsahibəsini təqdim edir:


Aftandil Vəliyev 1960-cı ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə Yasamal rayonunda 52-saylı orta məktəbdə I sinfə gedib. Orta məktəbi müvəffəqiyyətlə bitirib. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakultəsinin məzunu olub. 1982-ci ildə Belarusiyada zabit kimi xidmət edib. 1984-cü ildə Bakı Səyahətlər və Ekspedisiyalar idarəsində işə düzəlib. Hazırda "Granit AS Travel" şirkətinin baş direktoru vəzifəsində çalışır. Badminton üzrə SSR idman ustasıdır, dəfələrlə də Azərbaycan çempionu olub. Futbol azarkeşidir və 1974-77-ci illərdə peşəkar futbolla məşğul olub. Ailəlidir, 3 övladı var.

\"Qurtuluş Kuboku\" uğrunda uşaqlar arasında keçirilən beynəlxalq futbol turnirini Aftandil Vəliyev keçirir.


- Uşaqlıqdan futbolla maraqlanmısız? Ümumiyyətlə sizdə futbola maraq necə yaranıb?

- Elə orta məktəbdə oxuduğum vaxtlarda məndə futbola həvəs yaranmışdı. İdman dərslərimizdə də həmişə gedib fubol oynamışıq. Sonralar da rəhmətlik Ənvər müəllimin rəhbərlik etdiyi "Spartak" komandasına üzv oldum. Bakı birinciliyində iştirak edirdik. İştirak etdiyimiz bütün Bakı birinciliyi yarışlarında I yeri tutmuşuq. Daha sonralar müxtəlif idman yarışlarında da iştirak edirdik. Nəhayət, Azərbaycan birinciliklərində də iştirak edib nailiyyətlər qazanırdıq.


- Necə oldu ki, siz futboldan uzaqlaşmalı oldunuz?

- Ali təhsillin ardınca getməyim imkan vermirdi ki, davamlı olaraq futbolla məşğul olum.


- Bildiyimə görə badmintonla da məşğul olmusunuz. Bu idman növündə nailiyyət əldə etmisiz?

- Badminton üzrə idman ustası dərəcəsinə qədər yüksəlmişəm. Bu növ üzrə dəfələrlə Azərbaycan çempionu olmuşam. SSSR çempionatında gənclər arasında I yeri tutmuşam. Amma bu nailiyyətlərə baxmayaraq, futbolla daha çox məşğul olurdum.


- Hazırda tanınmış futbolçular sırasında olan şəxslərdən həmin dövrdə birlikdə futbol oynadıqlarınız var?

-Əlbəttə, var. Təxminən 1974-77-ci illərdə birlikdə oynadığımız futbolçular İqor Panamaryov, Yaşar Vahabzadə, Ələddin Ələkbərov, Mixailevskiydi.


- Futbolda ilk məşqçiniz kim olub?

- İlk məşqçim mərhum Ənvər müəllim idi. Sonralar Ağasəlim Mircavadov da bizim məşqçimiz olub.


- Hansı mövqedə oynayırdınız?

- Yarımmüdafiəçi.


- Uşaqlıqdan "Neftçi" azarkeşi olmusunuz. "Neftçi"nin səfər və oyunlarında iştirak edirdiniz?

- Bəli. Biz "Neftçi"nin səfər matçlarında da, ev oyunlarında da fəal iştirak edirdik.


- Futbola olan marağınız uşaq yaşlarınızda ailənizdə necə qarşılanırdı? Qarşınıza sədd qoymurdular ki, futboldan uzaqlaşasınız?

- Xeyr, normal qarşılanırdı. Sədd qoyulmasa da, ilk növbədə dərslərimlə məşğul olmağım tapşırılırdı.


- Azərbaycan futbolunun bugünkü durumunu bəyənirsiz?

- Bəyənirsiz deyəndə ki, futbolumuzun inkişafına hamımız ümid edirik. Hamımız çalışmalıyıq ki, futbolumuzun inkişafı üçün əlimizdən gələni edək.


- Aftandil müəllim, siz oynadığınız dövrün futbolu ilə müasir futbolun fərqini nədə görürsüz?

- Müasir futbol sürətli futboldur. Müasir futbol daha çox fiziki hazırlıq, sürət tələb edir. İndiki futbol daha dinamikdir.


- Fikrinizcə, komandalarımızdan ən baxımlı futbolu hansı sərgiləyir?

- "Qarabağ".


- Bəyəndiyiniz yerli məşqçi kimdir?

- Ağasəlim Mircavadov.


- Ağasəlim müəllim müasir futbola nə dərəcədə yararlıdır?

- Biz onun rəhbərlik etdiyi "Xəzər Lənkəran" komandasında qazandığı nailiyyətləri görmüşük.


- Ən bəyəndiyiniz yerli futbolçumuz hansıdır?

- Əfran İsmayılov, Vüqar Nadirov. Hər iki futbolçunun manevrləri, cəldlikləri, sürətləri və texnikaları yüksək səviyyədədir.


- Belə bir deyim var ki, qadınlar futbol azarkeşi olan kişiləri futbola qısqanırlar. Çünki, kişilərdə futbola olan bağlılıq, sevgi o qədər böyük həddə olur ki, bəzən xanımlar da bunu qısqanclıqla qarşılayırlar. Siz həyatınızda söylədiyim problemlə qarşılaşmamısınız ki?

- Yox, məndə əksinə. Görəndə ki, mən futbolu maraqla izləyirəm, gəlib mənimlə birgə oturub o da izləyib.


- Xobbiniz nədir?

- İdman və turizm.


- Arzusunda olduğunuz elə bir xarici ölkə varmı ki, siz həmin ölkəyə səyahət etmək istəyirsiniz, lakin imkan olmur?

- Əlbəttə ki, var. Avstriyaya, İsveçrəyə, İspaniyaya səyahətə getmək istəyərdim. Amma işlərimin çoxluğu buna imkan vermir.


- Sizin şirkətin keçirdiyi "Qurtuluş Kuboku" haqqında da fikirlərinizi bilmək istəyərdim.

- Beş il bundan öncə Azərbaycan uşaq məktəbi hansısa bir Avropa ölkəsinə getmək üçün bizə müraciət etdilər və biz onlar üçün təşkil etdik getdilər Bolqarıstana. Orada beynəlxalq turnirdə iştirak edib II yeri tutdular. Sonra müzakirələr edib belə bir qərara gəldik ki, bu turniri öz ölkəmizdə keçirək. Turnirin keçirilmə vaxtı da elə nizamlanıb ki, uşaqların asudə vaxtlarına salınıb. Turniri 15-iyun Qurtuluş Günü ilə əlaqədar təşkil etdik. Bu, beynəlxalq turnirdir. Turnirdə xarici ölkələrdən də dəvətlər olur və gəlib iştirak edirlər. Biz də futbolumuzun inkişafına bir töhfə verməyə çalışırıq.


- Turnirin təşkilatçılıq səviyyəsi necədir?

- Turnirdə müxtəlif klubların rəsmiləri, azarkeşlər, uşaqların valideynləri və s. iştirak edir. Bütün qonaqlar üçün yüksək şərait yaradılır. Turnirdə futbol mütəxəssislərinin iştirakını da qeyd etmək istəyirəm. Onlar uşaqların oyunlarını izləyirlər və oyunlarını bəyəndikləri uşaqları seçirlər.


- Bu il artıq "Qurtuluş kuboku"nun 5 illiyini qeyd edirsiniz...

- Zaman o qədər sürətlə keçib keçir ki, artıq turnirimizin 5 illiyini qeyd edirik. İnşallah, ümüd edirəm ki, futbol mütəxəssisləri, seleksionerlər bu il də Azərbaycanda lazım olan istedadları üzə çıxarmaqda bizə kömək edəcəklər. Bu 5 il ərzində turnirin tapıntıları kimi Tərlan Quliyevi, Pərvin Qaraxanovu, Cəmil Hacıyevi və s. göstərə bilərik. Həmin futbolçular milli komandada çıxış edirlər.


İlkin Vidadioğlu

Fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə