IV Azərbaycan çempionu kim oldu?

IV Azərbaycan çempionu kim oldu?

Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında keçirilən veteranlar arasında IV Azərbaycan çempionatı başa çatdı. Siasport.az saytı xəbər verir ki, 20 veteran şahmatçının İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq mübarizəsi finişdə Ələmdar Məmmədovun çempion olması ilə nəticələndi. O, bütün rəqiblərini qabaqlayaraq aktivinə 7 xal yaza bildi və turnir cədvəlinin vahid lideri olmaqla bərabər qızıl medala da yiyələndi. 6.5 xalla Tazəddin Əliyev ikinci, 6 xalla Nazim Ağayev isə 3-cü pilləni tutdu.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medal və pul mükafatları ilə təltif olundular. Sonda isə Federasiya rəhbərliyi ilə xatirə şəkli çəkildi.


Bütün xəbərlər Facebook səhifəmizdə