Dünya çempionatında iştirak edəcək şahmatçılarımız məlum oldu

Dünya çempionatında iştirak edəcək şahmatçılarımız məlum oldu
Xəbər verdiyimiz kimi, iyulun 15-dən 27-dək kişilər arasında şahmat üzrə dünya çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti artıq məlumdur. Nəzərinizə çatdıraq ki, Vüqar Həşimov da yenidən millimizin heyətinə dəvət olunub. Həşimovla yanaşı, komandamızın tərkibində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov da yarışacaq. Qədir Hüseynov isə ehtiyyat oyunçu olaraq yarışa qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə