Mançester Yunayted" Matetini istəyir

"Mançester Yunayted" 27 yaşlı hücumçu Jan-Filip Mateti transfer etmək üçün "Kristal Pelas"la danışıqlara başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "L’Équipe" məlumat paylaşıb.

Bildirilir ki, "qartallar" "qırmızı şeytanlar"dan potensial transfer üçün 40 milyon funt-sterlinq (47,6 milyon avro) istəyir.

Qeyd edək ki, Mateta bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB