"Qalatasaray" derbi qabağı çətin qələbə qazandı

"Qalatasaray" derbi qabağı çətin qələbə qazandı

Türkiyə Superliqasında XXIV tura yekun vurulub. SİA xəbər verir ki, bağlanış oyununda lider "Qalatasaray" səfərdə "Rizespor"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İstanbul təmsilçisinin heyətində hər iki qolu Viktor Osimhen vurub. Meydan sahiblərinin yeganə qoluna isə Ali Sou imza atıb. Bu qələbə ilə xallarını 63-ə çatdıran "Qalatasaray" ilk pillədə qərarlaşıb. "Rizəspor" isə 27 xalla 12-cidir. "Qalatasaray" Superliqada növbəti oyununu fevralın 24-də doğma meydanda "Fənərbağça"ya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə