Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqrad şəhərində qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
SİA xəbər verir ki, Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, üç təkanla tullanma növündə mübarizə aparan idmançı 16,3 metr məsafə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayıb.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.
Yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə