Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Bakıda təşkil olunacaq “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. SİA Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri məlum olub.

Milli komanda yarışda 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunacaq.

Kişilər

60 kiloqram

Əhməd Yusifov - Ənvəryon İbrohimov (Özbəkistan)

Murad Muradlı - Telqelsar Munxyarqal (Monqolustan)

Balabəy Ağayev - Mendsayxan Nyamsuren (Monqolustan)

66 kiloqram

Yaşar Nəcəfov - Markus Auer (Avstriya) / İvan Çernik (Rusiya) cütünün qalibi

Ruslan Paşayev - Əzizbek Artikov (Özbəkistan) / Kanat Seilxan (Qazaxıstan) cütünün qalibi

Rəşad Yelkiyev – Cuzeppe Detulliyo

Elşən Əsədov - Zamihşari Bekmuradov (Özbəkistan)

73 kiloqram

Rəşid Məmmədəliyev - Anqsarbek Qaunillin (Qazaxıstan)

İbrahim Əliyev - Tatsuki İşihara (Yaponiya)

Vüsal Qələndərzadə - Leonardo Valeriyani (İtaliya)

Qədir Hüseynov - Donqhyun Bae (Cənubi Koreya)

81 kiloqram

Zelim Tçkayev – Leonardo Kasaqliya (İtaliya)

Ömər Rəcəbli - Artur Marqelidon (Kanada)

Məhərrəm İmamverdiyev - Yan Svoboda (Çexiya)

Süleyman Şükürov - Nas Herkoviç (Sloveniya)

90 kiloqram

Tuncay Şamil - Didar Həmzə (Qazaxıstan)

Əli Qazıməmmədov - Fabiyan Kansi (Almaniya)

100 kiloqram

Əjdər Bağırov - Karamnob Saqaypov (Livan)

Davud Namazlı - Niyaz Bilalov (Rusiya)

+100 kiloqram

Camal Feyziyev - Yerassul Kazbayev (Qazaxıstan)

Ramazan Əhmədov - İbrahim Tataroğlu (Türkiyə)

Uşanqi Kokauri - Movli Borşaşvili (Avstriya) / Co Kesarino (Braziliya) cütünün qalibi

Kənan Nəsibov - Yevgeni Balyevski (Ukrayna)

Qadınlar

48 kiloqram

Leyla Əliyeva - Qiulya Qiqlion (İtaliya)

Könül Əliyeva - Andrea Stoyadinov (Serbiya)

Şəfəq Həmidova - Kaskulin Sprinqer (Avstriya)

57 kiloqram

Fidan Qasımova - Veronika Tonilo (İtaliya)

Fidan Əlizadə - Yevgeniya Qayis (Sloveniya)

63 kiloqram

Nərgiz Hacıyeva - Nataliya Kropska (Polşa)

70 kiloqram

Südabə Ağayeva - Şiho Tanaka (Yaponiya)

Günel Həsənli - Lara Svyetko (Xorvatiya)

+78 kiloqram

Nigar Süleymanova - Kristina Homan (Ukrayna)

Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə” turnirində 36 ölkədən 258 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə