Azərbaycan millisinin sabiq futbolçusu ömürlük futboldan uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev ömürlük futboldan uzaqlaşdırılıb. SİA xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, son klubu "Şamaxı" olmuş 31 yaşlı müdafiəçi danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə