Bundesliqa: “Ayntraxt Frankfurt” səfərdə xal itirib

Bundesliqanın 19-cu turuna “Hoffenhaym” - “Ayntraxt Frankfurt” və “St Pauli” – “Union Berlin” görüşləri ilə yekun vurulub. SİA xəbər verir ki, çempionatda ardıcıl üç qələbə qazanan “Frankfurt” bu dəfə heç-heçə ilə kifayətlənməli olub – 2:2. Digər oyunda isə “St Pauli” paytaxt təmsilçisinin qapısından üç cavabsız top keçirib.

Turun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Volfsburq” - “Holştayn Kiel” - 2:2;

“Leyptsiq” - “Bayer Leverkuzen” - 2:2;

“Borussiya Dortmund” - “Verder Bremen” - 2:2;

“Frayburq” - “Bavariya” - 1:2;

“Auqsburq” - “Heidenhaym”ı - 2:1;

“Maynts 05” - “Ştutqart” - 2:0;

“Borussiya Münxenqladbax” - “Boxum 1848” - 3:0.

Bundesliqaya 19 turdan sonra 48 xalla “Bavariya” liderlik edir. “Bayer Leverkuzen”in liderlə xal fərqi bu turda heç-heç nəticəsində 6-ya yüksəlib. Bu turda xal itirməsi “Ayntraxt Frankfurt” mövqeyinə təsir etməyib. Komanda 37 xalla mövqeyini qoruyub. İlk beşliyi aktivlərində 32 xal olan “Ştutqart” və “Leyptsiq” tamamlayır. “Maynts 05” 31 xalla altıncı, “Volfsburq” 28 xalla yeddinci sırada yer alıb. “Borussiya Münxenqladbax”, “Verder Bremen” və “Frayburq” 27 xalla 8-10-cu pillələrdə qərarlaşıblar. Onlardan bir xal geri qalan “Borussiya Dortmund” 11-ci yerdədir. Ardıcıl üç qələbə qazanan “Ausburq” 25 xalla 12-ci, son iki oyunda azarkeşlərini sevindirən “St Pauli” 20 xalla 13-cüdür. Sonrakı yerləri “Union Berlin” (20), “Hoffenhaym” (18), “Haydenhaym” (14), “Holştayn Kiel” (12) və “Boxum 1848” tutur.

Bundesliqanın 20-ci turunun görüşləri 31 yanvar – 2 fevral tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə