“Oyunda qırmızı vərəqə almağım biraz aqressiyamdan və qələbəyə olan istəyimdən yaranır”. SİA xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasının Liqa mərhələsində FCSB ilə keçirəcəkləri oyundan öncə keçirilən mətbuat konfransında qeyd edib.
Futbolçu bildirib ki, hakimlə bağlı məsələlərdə öz üzərində çalışır: “Hocamın da mənə müəyyən təlimatları olub. Hakimlə bağlı məsələlərə diqqət etməyə çalışıram”.
Qeyd edək ki, “Qarabağ” - FCSB matçı yanvarın 23-ü Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də keçiriləcək.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə