Azərbaycanın FİFA referisi təyinat alıb

Azərbaycanın FİFA referisi təyinat alıb

Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov təyinat alıb. SİA Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.

Birinci və ikinci referi müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Yirki Filppudur (Finlandiya).

Bütün xəbərlər Facebook səhifəmizdə