Umumdünya Boks Şurasının (WBC) rəhbərliyi revanş görüşündən sonra ukraynalı Aleksandr Usik və britaniyalı Tayson Fyurini döyüşlərdən kənarlaşdırmaq qərarına gəlib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Bloody Elbow məlumat yayıb.
Diskvalifikasiya 36 gün davam edəcək. Tibbi səbəblərə görə idmançılarda mümkün sağlamlıq problemlərinin qarşısını almaq lazımdır.
...Dekabrın 22-nə keçən gecə Usik yekdil qərarla 12 raundluq döyüşdə Fyurini məğlub edib. Ukraynalı idmançı Dünya Boks Assosiasiyası (WBA Super), Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Şurasının (WBC) versiyası üzrə dünya çempionu titulunu qoruyub.
İlk boks döyüşü mayın 19-da baş tutub və eyni zamanda ukraynalının qələbəsi ilə başa çatıb. Fyuri üçün bu məğlubiyyət peşəkar rinqdə 35 döyüşdə ilk idi. Usyk hazırda məğlubiyyətsiz qalır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə