“Qalatasaray”dan heç-heçə, “Beşiktaş” məğlub oldu

UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub. SİA xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə İsveç “Elfsborq”una 0:1 hesabı ilə uduzub.

İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Çexiya) ilə qarşılaşıb. Matç İngiltərə klubunun qələbəsi ilə başa çatıb – 1:2.

Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Budyo Qlimt”in qonağı olub.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VI tur

12 dekabr

“Elfsborq” (İsveç) - “Qarabağ” (Azərbaycan) 1:0

“Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) 3:0

“Olimpiakos” (Yunanıstan) - “Tvente” (Niderland) 0:0

PAOK (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan) 5:0

“Viktoriya” (Çexiya) - “Mançester Yunayted” (İngiltərə) 1:2

“Yunion” (Belçika) - “Nitsa” (Fransa) 2:1

“Ludoqorets” (Bolqarıstan) - AZ (Niderland) 2:2

“Malmö” (İsveç) - “Qalatasaray” (Türkiyə) 2:2

“Hoffenhaym” (Almaniya) - FKSB (Rumıniya) 0:0

“Portu” (Portuqaliya) - “Midtyullann” (Danimarka) 2:0

“Ayaks” (Niderland) - “Latsio” (İtaliya) 1:3

“Reyncers” (Şotlandiya) - “Tottenhem” (İngiltərə) 1:1

“Slaviya” (Çexiya) - “Anderlext” (Belçika) 1:2

“Real Sosyedad” (İspaniya) - “Dinamo” (Kiyev, Ukrayna) 3:0

“Lion” (Fransa) - “Ayntraxt” (Almaniya) 3:2

“Makkabi” (Təl-Əviv, İsrail) - RFS (Latviya) 2:1

“Budyo Qlimt” (Norveç) - “Beşiktaş” (Türkiyə) 2:1

Qeyd edək ki, Liqa mərhələsinin VII turuna 2025-ci il yanvarın 21-də start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə