“Mançester Siti”dən onaylıq rekord qeydə alınıb

İngiltərə Premyer Liqasının 8-ci turunda “Vulverhempton”u məğlub edən (2:1) “Mançester Siti” yeni rekorda imza atıb. SİA xəbər verir ki, Qvardiolanın komandası çempionatda 31 oyundur uduzmur. Bu, klub tarixinin rekord göstəricisidir.

“Mançester Siti” sonuncu dəfə ötən ilin dekabrında “Aston Villa”ya məğlub olub - 0:1. “Şəhərlilər”in bundan əvvəl ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2017-ci ilin aprelindən 2018-ci ilin yanvarına qədər olmuşdu. Komanda bu müddətdə 30 oyun uduzmamışdı.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 8 turdan sonra 20 xalla ikinci sıradadır və lider “Liverpul”dan bir xal geridədir.

Bütün xəbərlər Facebook səhifəmizdə