Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

Misli Premyer Liqası: "Neftçi" ilk qələbəsini qazanıb

Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb. Paytaxt təmsilçisinin heyətində 45+3-cü dəqiqədə Ramil Şeydayev, 58-ci və 67-ci dəqiqələrdə Dembo Darbo fərqləniblər.

"Səbail"in yeganə qoluna isə 90+3-cü dəqiqədə Samir Abdullayev imza atıb.

Bundan əvvəl meydana "Şamaxı" və "Araz-Naxçıvan" komandaları çıxıb. Şamaxı şəhər stadionunda reallaşan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu 72-ci dəqiqədə Felipe Santos vurub.

Qeyd edək ki, ötən gün turun açılış oyununda "Qarabağ" səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib. Turun digər görüşləri oktyabrın 20-də oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə