Seneqal Futbol Federasiyası “Qalatasaray”da çıxış edən İsmail Yakobsun dizindən aldığı zədə səbəbindən əməliyyatsız müalicə və istirahət üçün Türkiyəyə göndərildiyini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seneqal Futbol Federasiyasından verilən məlumata görə, "Qalatasaray"la müqavilə çərçivəsində Malavi matçında 90 dəqiqə meydanda olan İsmayıl Yakobs zədə səbəbindən İstanbula geri göndərilib.
Açıqlamada futbolçunun dizindən zədə aldığı və bir neçə gün istirahət etməsi lazım olan cərrahi müalicəyə ehtiyacı olduğu bildirilib. "Qalatasaray" oktyabrın 5-də Yakobsu zədəsi səbəbindən Seneqal Millisinə göndərməyəcəklərini açıqlayıb. Lakin ertəsi gün Seneqal Futbol Federasiyası FİFA qaydalarını xatırladıb və sarı-qırmızılı klubdan futbolçunu dərhal düşərgəyə göndərməyi tələb edib. Bunun üzərinə futbolçu vaxt itirmədən İstanbulu tərk edərək Malavi matçına çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə