Futzal üzrə Azərbaycan millisi 2026-cı il Avropa çempionatına hazırlıq məqsədilə noyabr ayında 2 yoldaşlıq oyunu keçirəcək. SİA xəbər verir ki, yığma bu dəfə Bosniya və Herseqovina seçməsi ilə üz-üzə gələcək. Matçlar noyabrın 4-5-də Zenitsa şəhərində yerləşən Huseyn Smayloviç adına arenada təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB