Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik edilib

Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik edilib. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan “Sabah”ın qapıçısı Yusif İmanov və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunublar.

Qeyd edək ki, U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə