“Qarabağ”ın U-16 komandası İtaliyada keçiriləcək turnirdə iştirak edəcək

“Qarabağ”ın 16 yaşadək futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Klubdan SİA-ya verilən məlumata görə, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” yarışında 24 komanda mübarizə aparacaq. İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” (hamısı İtaliya), “Dinamo” (Zaqreb) kimi komandalar da var.

C qrupunda yer alan Ağdam təmsilçisi sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.

Qrup qalibləri və ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək. Digər iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcək.

Turnirə sentyabrın 8-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə