“Liverpul” “Mançester Yunayted”ə üç cavabsız qolla qalib gəlib

“Liverpul” “Mançester Yunayted”ə üç cavabsız qolla qalib gəlib

İngiltərə Premyer Liqasında III tura yekun vurulub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, son oyunda “Mançester Yunayted” və “Liverpul” komandaları üz-üzə gəlib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Liverpul”un heyətində qolları Luis Diaz (2 qol) və Məhəmməd Salah vurublar.

Bu nəticədən sonra xallarını 9-a çatdıran “Liverpul” 2-ci pilləyə yüksəlib. “Mançester Yunayted” isə 3 xalla 14-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə