“Səbail” “Kəpəz”ə darmadağınla qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turun açılış matçında “Səbail” (Bakı) doğma meydanda “Kəpəz”i (Gəncə) qəbul edib.

“ASCO Arena”da oynanılan görüş paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın heyətində qolları 12-ci dəqiqədə Fərid Nəbiyev, 34-cü dəqiqədə Gitay Sofir, 49-cu dəqiqədə Ayman Bouali və 54-cü dəqiqədə Suleyman Alluş vurublar.

Qeyd edək ki, IV tura avqustun 25-də oynanılacaq “Zirə” – “Şamaxı” görüşü ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə