Azərbaycanın U-23 millisi dünya çempionatına qatılacaq

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarış oktyabrın 7-10-u aralığında baş tutacaq.

Turnirdə ölkəmizlə yanaşı, Xorvatiya, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq və Mavritaniya milliləri mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə