Karlo Ançelotti səhvini etiraf edərək Arda Gülərdən üzr istədi

Karlo Ançelotti səhvini etiraf edərək Arda Gülərdən üzr istədi

İspaniya "Real Madrid"in "Malyorka"ya qarşı səmərəsiz oyunundan, itirilən xaldan və Karlo Ançelottinin dəyişiklikləri gecikdirməsindən danışır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk hissədə yaxşı oynayan, lakin ikinci hissədə rəqib dəyişikliklərinə cavab verə bilməyən "Real Madrid" La Liqaya xal itkisi ilə başlayıb.

"Malyorka" ilə qarşılaşmada hesabı 1-1-dən döndərə bilməyən komandada hücum xətti təsirli görünsə də, ikinci qol gəlməyib. İspaniya mətbuatı Karlo Ançelottini dəyişiklikləri gec etməkdə günahlandırsa da, italyan çalışdırıcı bu məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib. İkinci hissədə nizamını itirən, müdafiə ilə hücum əlaqəsi pozulan "Real Madrid"də Ançelotti Modriçlə problemi həll etməyə çalışıb.

"Real Madrid" ilk dəfə Toni Kroosun yoxluğunu hiss edib və Ançelotti ikinci əvəzetməni etmək üçün çox gecikib. 82-ci dəqiqədə Arda Gülər, Brahim Diaz və Lukas Vaskesi hazırlayan Ançelotti, oyun dayanmadığından bu futbolçuları ancaq 87-ci dəqiqədə oyuna əlavə edə bilib. Artıq gec idi və “Malyorka” qalan dəqiqələrdən yaxşı istifadə edərək matçın heç-heçə bitməsini təmin edib. "Defensa Central" yazıb ki, Ançelotti matçdan sonra Arda Gülər ​​ilə görüşüb və futbolçudan üzr istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə