Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində kubalı Xulio Sesar la Krusla ilə üz-üzə gəlib.
İkiqat Olimpiya çempionu olan rəqibinə qalib gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB