Qadın azarkeşlər xarici görünüşləri ilə göz qamaşdırırlar - FOTOLAR

ABŞ-da keçirilən Amerika Kuboku turniri finişə çatmaq üzrədir. Avropa çempionatı ilə paralel keçirilən yarışa maraq böyükdür. Tək problem görüşlərin vaxtlarının şərq yarımkürəsində gecə saatlarına təsadüf etməsidir. SİA xəbər verir ki, turnir olduqca maraqlı alınır. Favoritlərdən biri olan Braziliyanın mübarizəni 1/8 finalda dayandırması futbol dünyasında səs-küyə səbəb olub. Argentinanın finala yüksəlməsi isə gözlənilən idi.

Bu gecə isə ikinci finalçı müəyyənləşəcək. Uruqvay və Kolumbiya milliləri həlledici görüşə vəsiqə uğrunda üz-üzə gələcəklər. Bu qarşılaşmanın gərgin və emosianal alınacağı proqnozlaşdırılır.

Kopa Amerikada emosianal olan təkcə futbolçular və komandalar deyil. Azarkeşlər də turnirin bəzəyidirlər. Xüsusilə qadın fanatlar işıq saçırlar. Amerika kubokunun oyunlarını zərif cinsin kifayət qədər nümayəndəsi izləyir. Onlar xarici görünüşləri ilə göz qamaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə