AVRO-2024: Gürcüstan - Çexiya oyunu başlayıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib. SİA-nın məlumatına görə, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Matçı almaniyalı Daniel Zibert idarə edir.

Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulunn14-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə