“Real”ın yetirməsi dənizdə boğulan iki turisti belə xilas etdi

“Almeria”nın yarımmüdafiəçisi Serxio Arribas Maldiv adalarında istirahət zamanı suda boğulan iki turisti xilas edib. SİA xəbər verir ki, bu barədə AS məlumat yayıb.

22 yaşlı futbolçu sevgilisi ilə özəl çimərlikdə dincələn zaman dəniz axını aparan iki turistin köməyə çağırış səslərini eşidib. Arribas slayddan tullanaraq boğulan insanlara tərəf üzüb. Bu zaman futbolçunun rəfiqəsi suya xilasedici dəst atıb. Bu hərəkətlər sayəsində turistlər xilas edilib.

Arribas “Real Madrid”in yetirməsidir, 2023-cü ilin yayından “Almeria”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə