AVRO-2024: İspaniya Xorvatiyanı məğlub edir - YENİLƏNİR

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları reallaşacaq.

Günün ilk matçında - A qrupunun oyunları çərçivəsində Macarıstan və İsveç yığmaları qarşılaşacaq. Köln şəhərində baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək.

Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00 - da start götürəcək matçda İtaliya və Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

AVRO-2024
15 iyun

A qrupu, I tur

Macarıstan - İsveç - 1:3
Qollar: Varqa, 66 // Duah, 14, Ebişer, 45, Embolo, 90+3
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln, "Reyn Enerqi" stadionu.

B qrupu, I tur

20:00. İspaniya - Xorvatiya - 3-0 (İkinci hissə)
Qollar: Morata, 29, Ruiz, 32, Karvahal, 45+2

Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin, Olimpiya stadionu

B qrupu, I tur

23:00. İtaliya - Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB