Azərbaycanın üç idmançısı qrapplinq üzrə Avropa çempionatında medal qazanıb

Azərbaycanın üç idmançısı Bakıda keçirilən qrapplinq üzrə U-17, U-20 və böyüklər arasında Avropa çempionatında medal qazanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Eldar Məmmədov (130 kiloqram) gümüş, Vahid Ələkbərovla (58 kiloqram) Vasif Səfərbəyov (100 kiloqram) isə bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan Avropa çempionatına mayın 30-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə