Azərbaycanın 7 atleti Balkan çempionatında iştirak edəcək

Azərbaycanın atletika millisi mayın 25-26-da Türkiyənin İzmir şəhərində keçiriləcək 77-ci Balkan çempionatında iştirak edəcək. Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığma yarışda 7 idmançı ilə təmsil olunacaq.

Bunlar Yekaterina Sarıyeva, Rüstəm Məmmədov (hər ikisi üçtəkanla tullanma), Fəridə Rzayeva (100 və 200 metr qaçış), Bəxtiyar Əsgərli (800 və 1500 m qaçış), Nazim Babayev, Kəsgin Abbaszadə (uzunluğa tullanma) və İsmayıl Əliyevdir (nüvə itələmə və lövhə atma).

Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına və İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına lisenziya xarakterlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə